10 aylıq Aydının nənəsi: "Qızım qəzada həlak olub, onun qoxusunu nəvəmdən alıram"
Onaylıq Aydının sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Bakunews.media-a onun nənəsi Aygün Ağayeva məlumat verib.
O bildirib ki, nəvəsinin dəstəyə ehtiyacı var:
"Aydın onaylıqdır. Həkim müayinəsi zamanı onun qaraciyərində problem olduğunu öyrəndik. Onun analizlərini Türkiyədə yerləşən xəstəxanalardan birinə göndərdik. Həkim Aydının qaraciyər sirrozu ola biləcəyini, dəqiq müayinə üçün oraya getməyimizi tövsiyə etdi. Biz bir müddət öncə sizin saytın izləyicilərinin dəstəyilə oraya yollanıb müayinələrdən keçdik".
Nənə bildirib ki, Aydının anası yeddi ay əvvəl yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişib:
"Qızım yeddi ay əvvəl, Aydın üçaylıq olarkən yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib. O gündən də Aydına mən baxıram, balamın ətrini ondan alıram. Atası hər zaman onu ziyarətə gəlir, əlindən gələni edir onun üçün. O da fəhlədir. Aydını Türkiyədə müayinəyə aparmaq üçün lazım olan məbləğin bir hissəsini də atası borc alıb gətirdi. Hazırda Aydının müalicəsi üçün 400 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmağı xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 784-33-36
"Beynəlxalq Bank": 4127 2093 0092 0334