Paytaxtda mebel sexində yanğın nəzarətə götürüldü
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən obyektdə baş verən yanğının ətrafa yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.
Bakunews.media bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, ərazidə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdirirlər.
Bakının Binəqədi rayonunda yanğın başlayıb.
Bakunews.media xəbər verir ki, Biləcəridə yerləşən mebel sexində yanğın başlayıb.
Məlumatla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.