Göygöldə avtomobil iki qadını vurub

Göygöldə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayon ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin qarşısında qeydə alınıb.

Hərəkətdə olan VAZ markalı minik maşını yolu keçmək istəyən 1982-ci il təvəllüdlü M. Əliyevanı və 1961-ci il təvəllüdlü M. Nəcəfovanı vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1.7797529697418