Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Qaragüney kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1979-cu il təvəllüdlü Rauf Fəxrəddin oğlu Məmmədov yolda gedərkən avtomobil onu vurub.

Qəza nəticəsində ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0.39966607093811