Azərbaycan BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasına ev sahibliyi etmək üçün müraciət edib

"Azərbaycan 2026-cı ildə BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasına ev sahibliyi etmək üçün müraciət edib".

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsində deyib.

O bildirib ki, 3 həftə sonra Kolumbiyanın Kali şəhərində BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 16-cı Tərəflər Konfransının keçirilməsi nəzərdə tutulur:

"Bu platformadan istifadə edərək bildirmək istəyirəm ki, Azərbaycanın 2026-cı ildə BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının növbəti, sayca 17-ci Tərəflər Konfransına ev sahibliyi etməsi üçün namizədliyi irəli sürülüb. Ev sahibliyi ilə bağlı yekun qərar bu ayın sonunda Kali şəhərindəki COP zamanı qəbul ediləcək".

0.10219192504883