Bakının əsas prospektlərindən birində illərdir narazılığa səbəb olan QOŞA XƏTT silinir

Bakıda Heydər Əliyev prospektinin Hava Limanı qovşağından Sabunçu qovşağına qədər olan hissəsində olan nişanlanma xətlərində, hər iki istiqamət üzrə dəyişikliklər edilir.

Bu barədə Bakunews.media-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bakının əsas prospektlərindən birində illərdir narazılığa səbəb olan QOŞA XƏTT silinir

Bakının əsas prospektlərindən birində illərdir narazılığa səbəb olan QOŞA XƏTT silinir

Qeyd olunub ki, uzun illərdir qanunvericiliyin tələblərinə uyğun olmayan və sürücülərin narazılığına səbəb olan qoşa xətt silinərək qırıq xətlə (1.5 xətti ilə) əvəz olunur.

"Bu dəyişikliklər yolda nəqliyyat vasitələrinin nizamlı hərəkətinə və təhlükəsizlik səviyyəsinin artmasına imkan verəcək. Daha əvvəl sürücülər yalnız icazə verilən məhdud yerlərdə yerdəyişmə edə bilirdilər ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırırdı. Artıq Sabunçu yol qovşağı istiqamətində işlər yekunlaşıb. Görülən işlər çərçivəsində üfüqi nişanlanma xətləri də yenilənib.

İşlər gecə saatlarında yerinə yetirilib", - deyə məlumatda vurğulanır.

Əzizə İsmayılova

1.1691110134125