Milli Məlcisin yeni seçilən üzvlərinə deputat vəsiqələri təqdim edildi

VII çağırış Milli Məlcisin yeni seçilən üzvlərinə deputat vəsiqələri təqdim edilib.

"Report" xəbər verir ki, vəsiqələri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov verib.

Vəsiqə ilk olaraq parlamentin sədri Sahibə Qafarovaya, ardınca sədr müavinləri və deputatlara verilib.

Qeyd edək ki, bu ilin sentyabr ayının 1-də növbədənkənar parlament seçkisi keçirilib. Bu gün VII çağırış Milli Məclisin ilk plenar iclası keçirilir.

0.37586688995361