Rusiya prezidenti Polad Bülbüloğlunu təltif etdi

Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə Polad Bülbüloğlunu Aleksandr Nevski ordeni ilə təltif edib.

Bakunews.media "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısı bu gün fərman imzalayıb.

Qeyd edək ki, Polad Bülbüloğlu 2006-2024-cü illərdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

1.0927047729492