Bakıda ağır QƏZA: Yolda tıxac YARANDI

Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.

Bakunews.media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, yolda tıxac yaranıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə sorğu ünvanlanmışıq.

1.1449329853058