Universiteti yeni bitirən şəxs işəgötürənin tələblərini necə qarşılaya bilər?

İş tapmaq, haradasa işə düzəlmək sözün əsl mənasında qəliz məsələyə çevrilib.

Bəzi şirkətlər tərəfindən qoyulan tələbləri isə bir çox insan absurd hesab edir.

Aparılan sorğudan belə məlum olub ki, ən çox gənclər, xüsusilə də universiteti yeni bitirənlər iş tapmaqda çətinlik çəkiblər. Çünki əksər iş yerlərində təcrübə tələb edilir.

Ekspertlər isə deyiblər ki, xüsusilə universiteti yeni bitirənlərdən tələb edilən təcrübə problemini aradan qaldırmaq üçün onların praktika dövrləri təcrübə kimi rəsmi qeydə alınmalı və sertifikatlaşdırılmalıdır. Bu da gənclərin əmək bazarına daha asan inteqrasiyasını təmin edə bilər.

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, təhsil müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlıq artırılmalıdır. Praktika proqramlarında təcrübənin keyfiyyəti yüksəldilməli və bu dövrlər rəsmi iş təcrübəsi kimi tanınmalıdır.

Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyindən bildirilib ki, bu istiqamətdə müxtəlif layihələr icra edilir. Agentliyinin təşkilatçılığı, Gənclər Fondu və Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə icra olunan "İrəliləyiş" layihəsinin iştirakçıları işəgötürənin tələb etdiyi iş təcrübəsini lazımınca əldə etmiş sayılırlar. Hətta təcrübə proqramının sonunda iştirakçılara təşəkkürnamə və ya sertifikatlar da təqdim olunur. Digər bir addım isə birgə maliyyələşmə proqramıdır. Bu layihə çərçivəsində boş iş yeri üzrə işə götürülən işçinin əməkhaqqının bir hissəsi dövlət tərəfindən qarşılanır.

Ətraflı "Xəzər xəbər"in süjetində:

Universiteti yeni bitirən şəxs işəgötürənin tələblərini necə qarşılaya bilər?

Universiteti yeni bitirən şəxs işəgötürənin tələblərini necə qarşılaya bilər?

0.58644080162048