Göbələklərdən kimlər imtina etməlidirlər? - Mütəxəssis izah edir

"Tərkibində xitinin olduğu üçün uşaqlar və mədə-bağırsaq xəstəlikləri olan insanlar göbələk yeməməlidirlər".

Bakunews.media-ın "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı mütəxəssis Qalina Volkova xəbərdarlıq edib.

Terapevt həkim xitinin pis həzm olunan maddə olduğuna diqqət çəkib.

"Müvafiq olaraq, mədə-bağırsaq xəstəlikləri (xüsusilə kəskinləşmə mərhələsində) olan insanlara göbələk yemək məsləhət görülmür. Həmçinin allergiyası olanlara və uşaqlara da göbələk istehlakı tövsiyə edilmir", - deyə mütəxəssis bildirib.

Volkovanın sözlərinə görə, uşaqların qidasına göbələkləri böyüdükcə daxil etmək lazımdır. Əgər uşaqları qəfildən belə məhsullarla qidalandırmağa başlasaq, xitin onların digər qida maddələrini mənimsəməsini çətinləşdirə bilər.

0.083109140396118