Rusiya XİN Azərbaycan ərazisində nümayəndəliklərin açılması ilə bağlı açıqlama verdi
"Hazırda Azərbaycan ərazisində Rusiyanın yeni xarici nümayəndəliklərinin açılması məsələsi siyasi səviyyədə işlənilir".
Bakunews.media-ın verdiyi məlumata görə, bu barədə Rusiya XİN-in konsulluq departamentinin rəhbəri Aleksey Klimov TASS-a müsahibəsində bəyan edib.
O vurğulayıb ki, Azərbaycan tərəfi ilə müvafiq razılaşmalar formalaşdırıldıqca konsulluq departamenti onlarla bağlı praktiki addımların həyata keçirilməsinə qoşulacaq.