Bakıda ikimərtəbəli evdə baş verən yanğın söndürülüb

"Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində baş verən yanğın söndürülüb".

Bu barədə Bakunews.media-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Bakıda ikimərtəbəli ev yanır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bakıda ikimərtəbəli evdə baş verən yanğın söndürülüb

Bakıda ikimərtəbəli evdə baş verən yanğın söndürülüb

1.6560208797455