23 yaşlı gənc metal qırıntıları yığarkən canından oldu

Sumqayıtda metal yığan 23 yaşlı gənci elektrik cərəyanı vurub.

"Report" xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində, keçmiş "Alüminum zavod" ərazisində qeydə alınıb.

2001-ci il təvəllüdlü Məhəmməd Rizvan oğlu Əliyev ərazidə metal qırıntıları yığarkən onu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

0.067804098129272