Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.
"Report" xəbər verir ki, iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.
İclasdan öncə nazirlər birgə foto çəkdiriblər. Daha sonra MDB ölkələri XİN başçılarının mətbuatın iştirakı olmadan məhdud tərkibdə iclası başlayıb.
Qeyd edək ki, iclas çərçivəsində Ceyhun Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı, habelə yüksəksəviyyəli görüşlərdə iştirakı nəzərdə tutulur.
Bakı vaxtı ilə saat 14:00-da plenar iclas keçiriləcək, ondan sonra isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və MDB-nin baş katibi Sergey Lebedevin birgə mətbuat konfransı olacaq.