15 yaşlı Zəhranın anası: "O heç vaxt ana olmayacaq, sadəcə yaşaması üçün çalışıram"

15 yaşlı Zəhranın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Bakunews.media-a onun anası Xəyalə Sadıxova məlumat verib.

O bildirib ki, övladının təcili əməliyyata ehtiyacı var:

"Zəhranın 15 yaşı var, artıq altı ildir onun yumurtalıqlarında problem var. İki il bundan əvvəl onun sağ yumurtalığı çıxarılıb. Əməliyyatdan sonra onun səhhətinin yaxşılaşacağını düşünsək də, heç nə düşündüyümüz kimi olmadı. İndi də onun sol yumurtalığı çıxarılmalıdır. Bunun üçün isə hazırda 3 000 manata ehtiyacımız var".

Xəyalə Sadıxova övladına yalnız baxdığını deyib:

"Mənim Zəhradan başqa bir oğlum da var, o hazırda əsgərlikdədir. Övladlarımın atası bir neçə il öncə həbsə düşüb. İllərdir iki övladıma da yalnız baxıram. İnanın, səhər saat 5-6-da çıxıb küçə süpürüb, axşam tərəfi isə marketlərin birinə xadiməlik etməyə gedirəm. Nə evim, nə dəyərli bir əşyam yoxdur ki, satıb balamın müalicəsinə xərcləyim. Özüm qardaşımın həyətində balaca bir daxmada qalıram. Zəhranın heç vaxt ana olmayacağını bilirəm, onun sadəcə yaşamağını istəyirəm. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 371-37-62.

Leo Bank: 5411 2498 0752 3118.

4.5632419586182