Sarayda məktəbin binasından yıxılan şagirdin SON DURUMU

"Abşeron rayonunun Saray qəsəbəsində məktəb binasından yıxılan şagirdin vəziyyəti stabil qiymətləndirilir və əməliyyatı planlaşdırılır".

Bu barədə Bakunews.media-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, oktyabrın 8-də 2 saylı orta məktəbdən şagirdin yıxılması ilə bağlı çağırış daxil olub:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Xəsarət alan 2010-cu il təvəllüdlü (qadın cinsli) şəxs müştərək travma diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Onurğanın bel-omba nahiyəsinin və çanaq sümüyünün sınığı, bel fəqərəsinin sınığı diaqnozları təyin edilən uşaq Neyrocərrahiyyə şöbəsinə yerləşdirilib.

O, oktyabrın 10-da ixtisaslı tibbi xidmət almaq üçün Yeni Klinikaya təxliyə olunub".

Məhərrəm Əliyev

Hadisə ikinci növbənin son dərsi bitdikdən sonra baş verib. Dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və şagird xəstəxanaya yerləşdirilib.

Bu barədə Bakunews.media-a Abşeron-Xızı regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Abşeron rayon Saray qəsəbəsində 8-ci sinif şagirdi 2 nömrəli məktəbin üçüncü mərtəbəsindən yıxılıb:

"Abşeron-Xızı regional Təhsil İdarəsinin əməkdaşları və məktəb rəhbərliyi şagirdi xəstəxanada ziyarət ediblər.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, birgə araşdırmalar aparılır. Xəsarət almış şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir".

Aytac Qasımova

Abşeron rayonunda şagird məktəb binasından yıxılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə qeydə alınıb.

Məktəbdə təhsil alan 8-ci sinif şagirdi Lalə Hüseynova (ad və soyad şərti) ilkin məlumata görə, məktəb binasının üçüncü mərtəbəsindən ehtiyatsızlıq nəticəsində yerə yıxılıb.

Məktəbli ağır sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, xəsarət alan məktəbli Saray qəsəbəsindəki 1 nömrəli tam orta məktəbin şagirdidir. Həmin məktəb hazırda təmirdədir.

0.17694687843323