İctimai nəqliyyatdan istifadə edənlərin NƏZƏRİNƏ: Gedişhaqqı məsafəyə görə tənzimlənə bilər?
Cəmi bir dayanacaq gedən də 70 qəpik ödəyir, son dayanacağa gedən də. Məsafədən asılı olmayaraq eyni ödənişi ödəyirlər.
Xezerxeber.az xəbər verir ki, söhbət paytaxt ərazisində, həmçinin qəsəbələrarası fəaliyyət göstərən avtobuslardan gedir.
Avtobus sürücüləri isə bildirirlər ki, tənzimlənən qiyməti dəyişmək mümkün deyil.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, məsafəyə görə ödənişlərin tətbiq edilməsi üçün xüsusi infrastruktur qurulmalıdır.
Qurumdan o da qeyd edilib ki, hazırda gedişhaqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülməkdədir.
Mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edirik:
İctimai nəqliyyatdan istifadə edənlərin NƏZƏRİNƏ: Gedişhaqqı məsafəyə görə tənzimlənə bilər?