ABŞ İsrailə ballistik raketləri dəf etmək üçün silah verəcək

Birləşmiş Ştatlar bölgədə gərginliyin artması fonunda İranın potensial ballistik raket hücumunu dəf etmək üçün THAAD (Terminal High Altitude Area Defense) yüksək hündürlükdə raketdən müdafiə sistemini dərhal İsrailə təhvil verəcək.

Bakunews.media xəbər verir ki, bu barədə Ynet xəbər portalı məlumat yayıb.

Oktyabrın 9-da İsrailin müdafiə naziri Yoav Qalant bəyan edib ki, İsrail İrana elə ölümcül və gözlənilməz zərbə ilə cavab verəcək ki, iranlılar baş verənləri anlamağa belə vaxt tapmayacaqlar.

0.070352077484131