Bakıda məktəbdə meyiti tapılan gözətçinin ölüm səbəbi bilindi

Bakıda məktəbin həyətində meyiti tapılan gözətçinin ölüm səbəbi məlum olub.

Bizim.Media xəbər verir ki, 62 yaşlı gözətçi ürək xəstəsi olub.

Hadisə oktyabrın 12-si, təhsil müəssisəsinin qeyri-iş günündə baş verib. Kamal Mahmudov qəfil ürəktutmadan elə oradaca həyatını itirib.

Bakıda məktəbdə ölüm hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə Səbail rayonu Badamdar qəsəbəsi S.Məmmədov küçəsində yerləşən 239 saylı tam orta məktəbdə qeydə alınıb.

Məktəbin gözətçisi 1962-ci il təvəllüdlü Kamal Cahangir oğlu Mahmudovun üzərində zorakılıq əlamətləri olmayan meyiti təhsil müəssisəsinin həyətində tapılıb.

Faktla bağlı araşdırma aparılır.

1.7688510417938