Görücü Vanqanın 2025-ci il üçün tükürpərdən PROQNOZLARI

1996-cı ildə vəfat etməsinə baxmayaraq, o dövrdəki açıqlamaları və öncəgörmələri müzakirə mövzusu olan "Balkanların Nostradamusu" ləqəbli bolqarıstanlı Vanqa hələ də gündəmdədir. Davamçıları iddia edirlər ki, o illər ərzində Şahzadə Diananın ölümü və Barak Obamanın ABŞ prezidenti seçilməsinə kimi mühüm hadisələri əvvəlcədən görüb.

Bakunews.media "Haber Global"a istinadən görücünün 2025-ci il üçün proqnozlarını təqdim edib. Bu öncəgörmələrə nəzər salsaq, bizi çətin bir il gözləyir.

Proqnozlarında Vanqa nənə 2025-ci ili bütün bəşəriyyətin sonunun başlanğıcı kimi göstərib.

2025-ci ildən etibarən həyatın lap pisləşəcəyini proqnozlaşdıran Vanqa nənə, təsəvvür edilə bilməyəcək miqyasda kosmik bir hadisənin baş verəcəyini deyib, həmçinin 2025-ci ildə Avropada qitə əhalisinin böyük ölçüdə azalmasına səbəb olacaq böyük bir münaqişə yaşanacağını iddia edib.

Kahin həmçinin telepatiyanın elmi-fantastika dünyasından çıxaraq reallığa çevrilə biləcəyini deyib. Məşhur ekstrasens elm adamlarının birbaşa ünsiyyət üçün beyin dalğalarından istifadə etmənin bir yolunu kəşf edəcəklərini öngörüb.

Vanqa nənə gələn il Yerdənkənar həyatla əlaqə qurulacağını və bunun ən qəribə şərtlərdə böyük bir idman tədbirinin gedişində baş verəcəyini proqnozlaşdırıb.

Ekstrasens britaniyalı "F1" pilotu Luis Hamiltonun səkkizinci dünya çempionluğunu bu il "Ferrari" ilə qazanacağını da proqnozlaşdırıb. Qeyd edək ki, "Formula-1"də son illərin ən böyük transfer addımlarından biri Luis Hamiltonun 2025-ci ildən etibarən "Mercedes"dən ayrılıb "Ferrari" ilə yarışmağa başlayacaq olmasıdır. "Mercedes"də 11 mövsüm yarışan və karyerasında 7 dünya çempionluğu olan Luis Hamilton yeni mövsümdən etibarən "Ferrari"də yarışacaq.

Məşhur ekstrasens 2025-ci ildə tibbi bir inqilab yaşanacağını öngörüb. Vanqa bildirib ki, elm adamları laboratoriyalarda insan orqanı istehsal edə biləcəklər. Proqnozun gerçəkləşməsi halında uzun gözləmə siyahıları və ya riskli prosedurlar olmadan orqanların transplantasiyası mümkün olacaq.

Nəhayət, Vanqa nənə enerji dünyasında yeni və sirli bir kəşf öngörüb. Onun sözlərinə görə, 2025-ci ildə elm adamları demək olar ki, fövqəltəbii görünən bir enerji mənbəyinə rast gələcəklər.

Ümumiyyətlə, ekstrasens 5079-cu ilə qədər hər il üçün müxtəlif proqnozlar verib.

Vanqa nənənin öngördüyü digər mühüm tarixlər və hadisələr bunlardır:

2025-ci il - Avropanın daxili münaqişələrlə viran olması.

2028-ci il - İnsanlar Veneranı enerji mənbəyi kimi kəşf etməyə başlayacaq.

2033-cü il - Qütblərdəki buzlaqlar əriyəcək və bu vəziyyət qlobal miqyasda dəniz səviyyələrinin sürətlə yüksəlməsinə səbəb olacaq.

2076-cı il - Kommunizm bütün dünyaya yayılacaq.

2130-cu il - İnsanların yadplanetlilərlə əlaqə qurması gözlənilir.

2170-ci il - Dünyanın böyük hissəsində quraqlıq yaşanacaq.

3005-ci il - Dünya, Marsdan gələn bir sivilizasiya ilə müharibəyə girəcək.

3797 - Yer yaşanmaz hala gələcək və insanlar planeti boşaldacaq.

5079-u il - Qiyamət qopacaq.

Vanqa nənənin keçmiş kahinlikləri

11 Sentyabr - Vanqanın ən çox sitat gətirilən proqnozlarından biridir. 1989-cu ildə kahin belə deyib: "Qorxu, qorxu! ABŞ-li qardaşlar polad quşlar tərəfindən hücuma məruz qaldıqdan sonra yıxılacaqlar. Canavarlar kolluqda ulayacaq və günahsız qan axacaq". "ABŞ-li qardaşlar" ifadəsinin əkiz qüllələri ifadə etdiyi düşünülür, "polad quşlar" ifadəsinin isə qaçırılmış təyyarələri ifadə etdiyi güman edilir. İnsanlar həmçinin "kolluqlar" sözünün ingiliscə qorxunc istifadəsinə - "bush" diqqət çəkiblər və bir çoxları bunu o zamankı ABŞ prezidenti Corc U. Buşa istinad kimi şərh etdilər.

Sui-qəsdlər

Vanqa nənə Hindistanın Baş naziri İndira Qandinin "tüstü və alov" içində öləcəyini proqnozlaşdırmışdı. Qandi 31 oktyabr 1984-cü ildə qisas məqsədli olduğu düşünülən bir əməliyyat nəticəsində iki mühafizəçisi tərəfindən güllələnərək öldürülüb. Bundan təxminən 15 il əvvəl Vanqa nənə Qandi barədə öncəgörməsini danışıb: "Paltar onu məhv edəcək. Tüstü və alov içində narıncı-sarı bir paltar görürəm." Qandi ölən günü əynində eyni rəngdə sari var idi.

Təbii fəlakətlər

Vanqa nənə dünyanın dörd bir yanındakı böyük şəhərlərin quraqlıq və su qıtlığı ilə üzləşəcəyini proqnozlaşdırmışdı. Həqiqətən də həmin il Birləşmiş Krallıq 1935-ci ildən bəri ən quraq iyul ayını yaşadı və 12 avqustda hökumət rəsmiləri tərəfindən quraqlıq elan edildi.

Fransa, İtaliya və Portuqaliyanın da daxil olduğu digər Avropa ölkələri də rekord quraqlıq və meşə yanğınları ilə üzləşdi. Başqa bir yerdə, Avstraliya və Asiyanı şiddətli daşqınların vuracağını söyləmişdi və 2022-ci ilin iyulunda Sidneyə dörd gündə səkkiz aylıq yağış düşdü.

Öz ölümü

1990-cı ildə verilən müsahibədə mediumun Yer üzündəki son gününün 11 avqust 1996-cı il olacağını proqnozlaşdırdığı bildirilir. Həqiqətən də 84 yaşlı Vanqa məhz həmin tarixdə, Bolqarıstanın Sofiya şəhərində döş xərçəngindən vəfat edib.

0.76074886322021