İki yaşlı uşaq qəfil ÖLDÜ

Bakıda azyaşlı qız qəfil vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə dünən Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib.

Saat 9 radələrində 2022-ci il təvəllüdlü L.Manafova yaşadığı Hövsan qəsəbəsindəki evdə olarkən halı pisləşib və dünyasını dəyişib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

8.5225458145142