Rusiya XİN: "Xankəndi Azərbaycanın ərazisidir"
"Xankəndi Azərbaycanın ərazisidir".
Bakunews.media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Belə ki, Rusiya diplomatik idarəsinin mətbuat katibi erməni jurnalistin təxribat xarakterli sualını cavablandırıb.
"Başa düşdüyüm qədər, burada söhbət Azərbaycanın ərazisindən gedir. Orada bu ölkənin qanunları işləyir. Bu birincisi. İkincisi isə, burada söhbət mədəniyyət abidələrindən gedirsə, bu cür məsələlərlə məşğul olan təşkilatlar var, onlara müraciət etmək olar. Ölkələrlə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq edən UNESCO var. Bu məsələ bizə ünvanlandırılmalı deyil", - deyə Zaxarova vurğulayıb.