XİN: "Azərbaycanın Livandakı səfirliyinin heyəti qismən təxliyə olunub"

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) xarici mətbuatda dərc edilən Livandakı səfirliyimizin təhlükəsizlik səbəbi ilə boşaldılmasına dair yayılan xəbərlərə münasibət bildirib.

XİN-in Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir.

"Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir, ancaq heyət qismən təxliyə olunub", - o vurğulayıb.

0.27674508094788