Aİ sammiti Gürcüstanın qəbul prosesinin dayandırıldığını elan etdi
Avropa İttifaqı (Aİ) sammiti Gürcüstanın Avropa Birliyinə qəbul prosesinin faktiki olaraq bloklandığını elan edərək, ölkəni Avropa dəyərlərini pozmaqda ittiham edib.
Bakunews.media TASS-a istinadən xəbər verir ki, bu barədə sammitin yekun bəyanatında məlumat verilib.
"Avropa İttifaqı Gürcüstan hökumətinin Aİ-nin əsasını qoyduğu dəyər və prinsiplərə zidd olan kursundan ciddi narahatlığını ifadə edir. Bu kurs Gürcüstanın Avropa yolunu sarsıdır və faktiki olaraq Aİ-yə qəbul prosesini dayandırır" , - bəyanatda qeyd olunub.
Sammit, eyni zamanda, gürcü xalqını Avropa yolunda dəstəkləməyə hazır olduğunu bəyan edib, bununla da xalqı hökumətə qarşı açıq şəkildə qoyub.
Bundan əlavə, Brüssel xəbərdarlıq edib ki, respublikada azad və ədalətli keçirilməli olan qarşıdan gələn parlament seçkisi xarici müşahidəçilərin iştirakı və azad medianın tam dəstəyi ilə yaxından izləniləcək.
Aİ-yə qayıtmaq üçün Brüssel Gürcüstandan Avropaya inteqrasiya prinsiplərinə uyğun olaraq demokratik, hərtərəfli və davamlı islahatlar aparmağı tələb edib.