ABŞ kəşfiyyatı prezident seçkisində Rusiya və İranın kimi dəstəklədiyini açıqlayıb
Amerika kəşfiyyatı hesab edir ki, Rusiya guya ABŞ-də prezident seçkisində keçmiş prezident Donald Trampın namizədliyini "dəstəkləməyə çalışır".
Bakunews.media-ın məlumatına görə, bu barədə "The New York Times" qəzeti yazıb.
"ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, Rusiya keçmiş prezident Donald Trampın namizədliyini dəstəkləməyə çalışır", - deyə nəşrin məlumatında bildirilib.
Qeyd olunub ki, ABŞ xüsusi xidmət orqanlarının məlumatına görə, İran, əksinə, demokratlardan olan namizəd Kamala Harrisi dəstəkləyir, Çin isə özü üçün "üstünlük verilən nəticəni" seçməyib.