Bakıda azyaşlı anası tərəfindən təhdid olunur - AUDİO

Bakıda ananın azyaşlı övladına şiddət göstərdiyi iddia olunur.

Bakunews.media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisənin paytaxtın Nizami rayonunda, mənzillərin birində baş verdiyi bildirilir.

Məlumata görə, ana ağlayan azyaşlı övladına qarşı şiddət tətbiq edib, onu təhqir edərək kəmərlə döyməklə hədələyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Bakunews.media-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan görüntülər nəzarətə götürülüb və araşdırma aparılır.

Həmin görüntüləri təqdim edirik:

0.10131406784058