İrəvan Bakı ilə sülh müqaviləsinin tam razılaşdırılmasına ümid edir

"Ermənistan və Azərbaycan yaxın gələcəkdə sülh sazişinin bütün layihəsini razılaşdıra bilərlər".

Bakunews.media-ın məlumatına görə, bunu parlamentdə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.

"Nikbinliklə demək istəyirəm ki, yaxın gələcəkdə qalan bir-iki bənd üzrə razılığa gələ və tam razılaşdırılmış sülh müqaviləsinə malik ola bilərik", - deyə o qeyd edib.

0.099023103713989