14 yaşlı Ruslanın anası: "Dərmanlarını içməyəndə özünü döyür, aqressivləşir"

14 yaşlı Ruslanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Bakunews.media-a onun anası Qiyafət Abbasova məlumat verib.

O bildirib ki, övladına on ay əvvəl beyin ocaqlarının zədələnməsi diaqnozu qoyulub.

"Ruslanın 14 yaşı var, ona on ay əvvəl beyin ocaqlarının zədələnməsi diaqnozu qoyulub. O vaxta qədər Ruslanda hər şey qaydasında idi. Məktəbə gedir, dərslərini yaxşı oxuyurdu, çox sakit uşaq idi. Amma bu xəstəlik onu tapandan övladımı tanıya bilmirəm, özünü döyür, qışqırır, ağlayır".

Qiyafət Abbasova bildirib ki, övladına tək baxır.

"Mən özüm tək anayam, yoldaşım üç il əvvəl vəfat edib. Ruslanın müalicəsi dayandığı zaman vəziyyəti lap ağırlaşır. Daha da aqressiv olur. Son 14 gündür, onu nə psixoloqa apara bilirəm, nə dərmanlarını ala bilirəm. Həkim Ruslanın bundan sonra iki ay da psixoloq seanslarına getməli olduğunu deyir. Yeni reseptlər yazılıb, imkan olmadığı üçün ala bilmirik. Reseptlər və psixoloq seansları üçün bizim 1 000 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmağı xahiş edirəm".

Ailə ilə əlaqə: (051) 986-64-42.

"Kapital Bank": 4169 7388 8565 0717.

14 yaşlı Ruslanın anası: "Dərmanlarını içməyəndə özünü döyür, aqressivləşir"

14 yaşlı Ruslanın anası: "Dərmanlarını içməyəndə özünü döyür, aqressivləşir"

5.9619500637054