Ağır yanıq xəsarətləri alan Narinin anası: "Təcili əməliyyat olunmalıdır"

Üç yaşlı Narin ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

Bu barədə Bakunews.media-a onun anası Atlas Həsənova məlumat verib.

O bildirib ki, hadisə martın 2-si baş verib:

"Biz Sabirabadda yaşayırıq, mən qatıq sataraq pul qazanıram. Martın 2-si qatıq düzəltmək üçün süd qaynatmışdım. Narin oynayarkən bilmədən gəlib qazana dəyib, südü ayaqlarına tökdü. Biz həmin gün Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq".

Atlas Həsənova bildirib ki, övladı üç dəfə ağır əməliyyat keçirib:

"Biz 25 gün xəstəxanada qaldıq. Bu 25 gündə övladım üç dəfə ağır əməliyyatlar keçirdi. Hazırda Narin yenidən təcili əməliyyat olunmalıdır. Bunun üçün 900 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (051) 433-39-77.

Kapital Bank: 5239 1517 2738 8467.

0.24026083946228