Pakistanda toy avtobusu çaya düşdü: Çox sayda ölən var
Pakistanın şimalındakı Qilqit-Baltistan bölgəsinin Diamer rayonunda qonaqları daşıyan toy avtobusu çaya düşüb.
Bakunews.media-ın xəbərinə görə, bu barədə "Dawn" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 22 nəfər ölüb.
Avtobusda, həmçinin gəlinin özü də olub və o sağ qalıb, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Pakistan Prezidenti Asif Əli Zərdari həlak olanların ailələrinə başsağlığı verib.