Avropanın ən yaxşı penalti yerinə yetirən futbolçusunun adına aydınlıq gətirilib
"Transfermarkt" portalı Avropa üzrə 21-ci əsrin ən yaxşı penalti vuran futbolçularının siyahısını dərc edib.
Bakunews.media xəbər verir ki, birinci yerdə "Barselona", "Atletiko Madrid", "Beşiktaş" komandalarının formasını geyinmiş Simao yer alıb.
O, karyerası ərzində 41 penaltini dəqiq yerinə yetirib. Bu isə onun vurduğu penalti zərbələrini 95.1 faizinin qola çevrildiyini göstərir.
Qeyd edək ki, siyahıda yalnız bir türk futbolçu yer alıb. Bu, Türkiyə millisinin sabiq üzvü Burak Yılmazdır - 52 penalti, 88.5 faiz dəqiqlik.
1. Simao - 41 penalti (95.1 faiz qola çevirmə nisbəti);
2. Bas Dost - 45 penalti (91.1 faiz qola çevirmə nisbəti);
3. Bruno Fernandeş - 66 penalti (90.9 faiz qola çevirmə nisbəti);
4. Simons - 68 penalti (89.7 faiz qola çevirmə nisbəti);
5. Harri Keyn - 66 penalti (89.4 faiz qola çevirmə nisbəti);
6. Mario Balotelli - 46 penalti (89.1 faiz qola çevirmə nisbəti);
7. Andrey Kramariç - 45 penalti (88.9 faiz qola çevirmə nisbəti);
8. Paulo Dibala - 45 penalti (88.9 faiz qola çevirmə nisbəti);
9. Robert Levandovski - 81 penalti (88.9 faiz qola çevirmə nisbəti);
10. Burak Yılmaz - 52 penalti (88.5 faiz qola çevirmə nisbəti).