COP29-da azərbaycanlı uşaqlar iqlimlə bağlı aksiya keçiriblər
COP29-un on birinci günündə Mavi Zonada Azərbaycanın qeyri-hökumət təşkilatı olan "EkoSfera" Sosial Ekoloji Mərkəzinin uşaqları və gəncləri "Uşaqlarımızın gözü ilə planet: Gəlin birlikdə təbiəti mühafizə edək" adlı aksiya keçiriblər.
Bakunews.media xəbər verir ki, bu aksiyada onlar planeti, ətraf mühiti qorumaqla bağlı çağırışlarını əks etdiriblər.
Aksiya zamanı uşaqlar Azərbaycan musiqiləri ifa edib, rəsm əsərlərini göstərib, rəqs ediblər.
"EkoSfera" SEM-in rəhbəri Firuzə Sultanzadə bildirib ki, uşaqlar və gənclər aksiya çərçivəsində öz səsləri ilə bütün böyüklərə təbiəti qorumalı, iqlim dəyişikliyi problemini həll etməli olduqlarını çatdırıblar.
Aygün Mirakif