COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
"AYNA tərəfindən COP29-a görə təşkil edilən 18 nəqliyyat mübadilə mərkəzinin bir qismi artıq fəaliyyətini dayandırıb".
Bununla bağlı Bakunews.media-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) cavab verib.
"Hazırda yalnız "Koroğlu" və "Sea Breeze" nəqliyyat mübadilə mərkəzləri ilə Bakı Olimpiya Stadionu arasında, həmçinin 5 məntəqədən Heydər Əliyev Beynəlxalq Aeroportuna daşımalar həyata keçirilir və şatllar bu istiqamətdə fəaliyyət göstərirlər", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, sözügedən daşınmalar yalnız bu gün həyata keçiriləcək.
Xatırladaq ki, ümumi olaraq tədbir müddətində 600 mindən çox sərnişinin daşınması həyata keçirilib.
Əzizə İsmayılova