Ərdoğanın Azərbaycana rəsmi səfəri başladı - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın olduğu təyyarə Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib. 

Bakunews.media xəbər verir ki, Ərdoğanı Azərbaycan prezidentinin köməkçisi Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyənin Bakıdakı səfiri Erkan Özoral və Şimal Kipr Azərbaycan nümayəndəliyinin rəhbəri Ufuk Turganer qarşılayıb. 

11:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı vaxtı ilə 11:15-də Azərbaycana yola düşüb. 

Bakunews.media xəbər verir ki, Ərdoğanı Esenboğa aeroportunda Türkiyə Prezidentinin köməkçisi Fuad Oktay və Ankara valisi Vasip Şahin yola salıb. 

Türkiyə prezidentini Azərbaycan səfərində Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Ətraf Mühit və Şəhərsalma naziri Berat Albayrak, Müdafiə naziri Hulusi Akar, Ticarət naziri Ruhsar Pekcan, Rabitə naziri Fahrettin Altun, Türkiyə prezidentinin sözcüsü İbrahim Kalın və MİT rəhbəri Hakan Fidan müşayiət edəcək. 

09:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana səfər edəcək. 

Bakunews.media xəbər verir ki, birgünlük səfər çərçivəsində Türkiyə prezidenti bir sıra ikitərəfli görüşlər keçirəcək. 

Bundan başqa, Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında iştirak edəcək.

Samir İsayev

0.47113013267517