Məzahir Pənahov: “Seçkilərin gedişinə kölgə salacaq hər hansı hadisə baş verməyib”

“Milli Məclisə seçkilərlə əlaqədar bütün müraciətlər araşdırılıb”. 

Bakunews.media-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının iclasında qurumun sədri Məzahir Pənahov deyib.  

“Mərkəzi Seçki Komissiyası bu prosesə yekun vurub. Hesab edirəm ki, bu seçkilər Azərbaycanın həyatında tarixi bir hadisəyə çevrildi. 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçirilən seçkilər yaddaqalan oldu”, - deyə Məzahir Pənahov əlavə edib.  

MSK sədri bildirib ki, qanunvericiliklə müəyyən olunmuş qaydada vətəndaşların deputatlığa namizədliyini irəli sürməsinə şərait yaradılıb. Onun sözlərinə görə, seçki məntəqələrinin 96 faizində seçkilərin gedişinə kölgə salacaq hər hansı hadisə baş verməyib.  

O, dörd seçki dairəsi üzrə nəticələrin etibarsız sayılmasını da xatırladıb.  

Qeyd edək ki, 2020-ci ilin fevral ayının 9-da Milli Məclisə seçkilər keçirilib. Seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqədə baş tutub.  

Aqşin Kərimov 

1.0323541164398