Ümumdünya Səhiyyə Təşkilatı adından koronavirusla bağlı SAXTAKARLIQ

Kiberfırıldaqçılar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) adından koronavirus epidemiyası ilə bağlı saxta məktublar göndərirlər.

“RİA Novosti”nin məlumatına görə, bu barədə ESET şirkətinin mütəxəssisləri xəbər yayıb.

“@who.com, @who.org və ya  @who-safety.org saytlarının ÜST-lə heç bir əlaqəsi yoxdur”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, WHO – “World Health Organisation” (ÜST) təşkilatının qısaldılmış adıdır.

0.34347105026245