Avropa İttifaqı ərazisinə giriş qadağan edildi
Avropa Birliyi liderləri üçüncü ölkə vətəndaşlarının İttifaq ölkələrinə və Şengen bölgəsinə “vacib olmayan” səyahətlərini məhdudlaşdıran qanun layihəsini qəbul ediblər.
“İnterfax”ın məlumatına görə, məhdudiyyətin səbəbi koronavirus təhlükəsidir və 30 günlük nəzərdə tutulub. Qanun layihəsi haqqında təklif Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tərəfindən gəlib.
Kansler Angela Merkel qeyd edib ki, qanun ilk dəfə Almaniyada tətbiq olunmağa başlayacaq.