Klub prezidenti koronavirusa görə futbolçuların müqaviləsini ləğv etdi

İsveçrədə koronavirus pandemiyasına görə idman yarışları təxirə salındığı üçün futbol klublarında da iş dayanıb. “Sion” klubunda bu qərar rəhbərliklə futbolçular arasında problemə çevrilib. 

Sports.ru-nun məlumatına görə, klub prezidenti oyunçuların maaşlarını azaltmaq fikrinə düşüb. Oyunçular isə bu qərarla razılaşmayıblar.

Nəticədə klub rəhbəri çıxış yolu olaraq bütün futbolçuların müqaviləsini ləğv edib.

0.29403400421143