Fuad Əliyev Baku News Internet Kanalına eksklüziv müsahibə verib
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News Internet Kanalına eksklüziv müsahibə verib.
ALDP sədri ictimai-siyasi vəziyyətlə bağlı sualları cavablandırıb. Cəmiyyəti narahat edən koronavirus pandemiyasının yayılması, bununla bağlı hökümət tərəfindən görülən tədbirləri müsbət qiymətləndirib.
“Dövlət başçısının vaxtında verdiyi qərarlara uyğun olaraq görülən qabağlayıcı tədbirlər bu virusun kütləvi şəkildə yayılmasının qabağını aldı. İndi hər şey təkcə hökumətdən asılı deyil. Vətəndaşlar başa düşməlidirlər ki, indi onların özlərindən də hər şey asılıdır. Maksimal qorunmaqla, hökümətin karantinə bağlı verdiyi qərarlara hörmətlə yanaşmalıdırlar. Və ən əsası, panikaya düşmək lazım deyil.”- Fuad Əliyev bildirib.
Dövlət başçısının iqtidar-müxalifət dialoqu ilə bağlı fikirə münasibət bildirən Fuad Əliyev dialoqun tərəfdarı olduğunu qeyd edib.
“ALDP həmişə dialoqun tərəfdarı olub. PA şöbə müdüri Ədalət Vəliyevin müxalifət partiyalarla keçirdiyi görüş bu dialoqun ilk addımı kimi qiymətləndirirəm. Bu görüşlərdən sonra dövlət başçısının çıxışı və çıxışında dialoqla bağlı dediyi sözlər bunun davamlı olduğuna ümid verir. Dialoq təkcə iqtidar-müxalifətə lazım deyil, bu cəmiyyətə lazımdır, bu cəmiyyətin sifarişidir.”- ALDP sədri qeyd edib.