Onlar da koronavirusla mübarizəyə dəstək verdilər

Ölkədə COVID-19 infeksiyasının yayılması hallarının qarşısının alınması üçün dövlət tərəfindən bir sıra mühüm tədbirlər görülür. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması da bunlardan biridir.

Fondun fəaliyyətinin dəstəklənməsi üçün hər kəs öz öhdəsinə düşəni yerinə yetirməlidir. Məhz buna görə “Mazda”nın Azərbaycandakı rəsmi distribüteri “Rotary Motors”, “Honda”nın rəsmi distribüteri “Yeni Motor”, “Mitsubishi”nin rəsmi distribüteri “Diamond Motors”, “Subaru”nun rəsmi distribüteri “Subaru Azərbaycan” və “Toyota” Abşeron Mərkəzi fonda dəstək üçün ümumilikdə 60000 manat vəsait ayırıb:  

“Ölkəmizi bu çətin sınaqdan minimal zərərlə çıxarmağa çalışan hər kəsin yanında olmaq və bu istiqamətdə fəaliyyəti dəstəkləmək bir qürurdur”.

0.35751295089722