Ronaldunun yeni avtomobili 10 milyon dollara başa gəldi - FOTO

Portuqaliya milli komandasının lideri, bahalı avtomobillərə olan sevgisi ilə tanınan Kriştianu Ronaldu qarajını növbəti mühəndislik əsəri ilə bəzəyib.

“Bild” nəşri bildirir ki, “Yuventus”un forvardı bu dəfə seçimini “Bugatti”nin 110 illiyi münasibəti ilə buraxılan “Bugatti Centodieci” üzərində saxlayıb. Ronaldu ilə şirkət arasında saziş artıq bağlanıb. 

Məlumata əsasən, şirkət cəmi 10 ədəd “Centodieci” buraxmağı planlaşdırır. Avtomobillərin hər biri təxminən 9,5 milyon avroya başa gələcək. 

 

0.45528888702393