Qusarda “Mercedes” aşdı, bir nəfər öldü

Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Qusar-Ləyər yolunda qeydə alınıb.   

“Mercedes” markalı maşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1994-cü il təvəllüdlü Talıbov Ümid Oqtay oğlu dünyasını dəyişib.  

Faktla bağlı Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır. 

0.33108115196228