Məşhur qadın tennisçi karantin zamanı əlsiz necə yemək yeyildiyini göstərdi – VİDEO
Sabiq dünyanın birinci raketkası Karolin Voznyaçki karantin zamanı bir çox qeyri-adi ixtiralar etməyin mümkün olduğunu nümayiş etdirib.
“UNİAN” xəbər verir ki, idmançı “hudi” adlanan kapüşonlu koftanı tərs geyinərək əlsiz necə yemək yeməyin mümkün olduğunu göstərib.
Qeyd edək ki, K.Voznyaçki 2018-ci ildə “Australian Open” yarışmasının qalibi olub, 2009 və 2014-cü illərdə “US Open” turnirinin finalında iştirak edib.
Daniyalı idmançı karyerasını “Australian Open -2020”dən sonra başa vurub.