Şəkidə ağır qəza

Şəki şəhərində “Ford” və “KamAZ” markalı iki yük maşını toqquşub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan “Ford” markalı maşından çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

0.32846307754517