“AVRO-2020”nin son dörd iştirakçısının hansı tarixdə müəyyənləşəcəyi bilindi

2021-ci ilə təxirə salınmış “AVRO-2020”nin son iştirakçılarını müəyyən edəcək Millətlər Liqasının pley-off oyunlarının tarixləri dəyişdirilib.

Bakunews.media xəbər verir ki, UEFA-nın quruma üzv olan 55 milli assosiasiyasının baş katibləri ilə bugünkü videokonfransında yığmaların pley-off mərhələsindəki qarşılaşmalarının yeni vaxtı müəyyənləşib.

Bu görüşlər sentyabra təyin olunub. Yarımfinal görüşləri sentyabrın 3-də, finallar isə həmin ayın 8-də keçiriləcək.

Pley-off oyunları
A liqası

İslandiya – Rumıniya
Bolqarıstan – Macarıstan

B liqası
Bosniya və Herseqovina – Şimali İrlandiya 
Slovakiya – İrlandiya

C liqası
Şotlandiya – İsrail
Norveç – Serbiya

D liqası
Gürcüstan – Belarus
Şimali Makedoniya – Kosovo

Qeyd edək ki, pley-off oyunları daha əvvəl 26-31 mart tarixlərində keçirilməli idi. Daha sonra UEFA bu görüşləri koronavirusa görə, iyuna salmışdı. Lakin iyunda bütün yığmaların oyunları ləğv edilib. Buna səbəb həmin tarixlərdə milli çempionatların oyunlarının keçirilməsidir.

0.29435586929321