Koronavirus şübhəsi ilə karantinə alınan millimizin üzvü barədə son məlumat
Qadın voleybolçulardan ibarət millimizin üzvü Yuliya Kərimova karantindən evə buraxılıb.
Bakunews.media-ın xəbərinə görə, 35 yaşlı voleybolçuda koronavirus tapılmadığından, karantində qalmasına ehtiyac olmayıb.
Xatırladaq ki, Yuliya İsrailin Hayfa şəhərindən gəldikdən sonra karantinə alınıb.
Qeyd edək ki, ukraynalı legionerimiz olan Yuliya Kərimova 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunları zamanı milli komandamızda çıxış edib. O, əvvəlcə çimərlik voleybolu üzrə üzrə millimizin üzvü olub.
Səbuhi Musayev