“Qəbələ”nin futbolçusu İspaniyaya gedib özünü bu “kökə saldı” - FOTO

“Qəbələ”nin ispaniyalı futbolçusu Fernan Fereyra saçını tamamilə kəsdirib.

Bakunews.media xəbər verir ki, 25 yaşlı mərkəz yarımmüdafiəçisi bunun səbəbini belə izah edib: 

“İstədiyimizi edirik”.

O, hazırda İspaniyanın Viqo şəhərində karantin rejimindədir. Evdən bayıra çıxmayan Fernan saçını sevgilisinə kəsdirib.

Qeyd edək ki, “Qəbələ” İspaniyada koronavirusun tüğyan etməsi ilə əlaqədar olaraq Fernan Fereyraya ailəsini görmək üçün Pireney yarımadasına getməyə icazə verib. 

Səbuhi Musayev

0.31451106071472