Astarada gizli fəaliyyət göstərən çayxananın sahibi və müştəriləri tutuldu - FOTO

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan, məsuliyyətsiz davranış sərgiləyən şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, bu istiqamətdə Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində rayonunun Qamışovka kəndində yerləşən çayxananın xüsusi karantin rejiminin qaydalarına zidd olaraq, fəaliyyət göstərdiyi müəyyənləşdirilib.

Keçirilən baxış zamanı obyekt sahibi və yeddi astaralı müştərinin karantin qaydalarını pozduqları aşkar edilib.

Həmin şəxslər Astara Rayon Polis Şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, 100 manat məbləğində cərimə olunublar.

0.36369514465332