Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
Azərbaycan Silahlı Qüvvələrinin Dığ kəndi ərazisində irəliləməsindən sonra başlanmış cinayət işi bağlanıb.
Bunu Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentdə bildirib.
“Proses aparılıb, təfərrüatlı yoxlama keçirilib və cinayət əlamətləri aşkarlanmayıb”, - Vardapetyan bildirib.
Qeyd edək ki, sözügedən cinayət işi aprelin əvvəllərində açılmışdı.
Mənbə: Sputnik